Türkiyədə qətliam kimi qəza: 15 ölü - Təcili


15:53     06 İyul 2015 turkiyeqeza.jpg

Türkiyənin Manisa şəhərinin Gölmarmara mahalında tarla işçilərini daşıyan yük avtomobili TIR-la toqquşub.


Femida.az-ın “Anadolu”ya istinadən verdiyi məlumata görə, qəza nəticəsində 15 nəfər həlak olub, 2 nəfər isə ağır yaralanıb.

Faciəvi qəzadan sonra hadisə yerinə xeyli sayda təcili tibbi yardım avtomobilləri gəlib. Hadisə nəticəsində ölənlərin sayının artacağı ehtimal edilir.

Hazırda qəza ilə bağlı araşdırma aparılır.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 877