Kılıçdaroğluna hücum edən PKK imiş


00:09     27 Avqust 2016 kemal-kılıçdaroğlu.jpg

Türkiyənin əsas müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna edilən hücumla bağlı məsuliyyəti PKK terror təşkilatı öz üzərinə götürüb.


Femida.az-ın “Haberler”ə istinadla verdiyi xəbərə görə, təşkilata yaxın internet saytında yerləşdirilən məlumata görə, məsuliyyəti öz üzərinə götürən PKK-nın silahlı qolu HPG hədəfin Kamal Kılıçdaroğlu olmadığını bildirib.

Qeyd edək ki, Daxili İşlər naziri Efkan Ala və digər hökumət rəsmiləri də hücumun PKK tərəfindən törədildiyini bəyan etmişdi. Ala Artvin vilayətinin Şavşat şəhərindən Ardanuç qəsəbəsinə gedən yolda, Yanıklı kəndi yaxınlığındakı hücumun hədəfinin Kılıcdaroğlunun maşın karvanı olduğunu bildirib.

Hadisə ilə əlaqəsi olduğu ehtimal edilən bir nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1116