Türkiyə Uyğur probleminə niyə biganə yanaşır?


16:42     06 İyul 2015 cinin_uygurlara_zulmu_bitmiyor_artiyor_h363090.jpg

“Türkün dostu türkdür” prinsipini Ərdoğan niyə unudur?


Orta Asiyanın qaynar regionu hesab olunan Şərqi Türküstan 1949-cu ildən bu günə kimi, yəni 66 ildir Çinin işğalı və əsarəti altındadır. Tarixi türk torpaqlarının adı sonradan “Sincan” olaraq dəyişdirilib. Milyonlarla soydaşımızın yaşadığı bu torpaqlar kommunist Çin siyasətinin səhnə olduğu insanlıq dramını və fəlkətini özündə ehtiva edir. Kütləvi insan soyqırımına məruz qalan xalq bir növ assimiliyasiya siyasətinin qurbanına çevrilib. Çinin həyata keçirdiyi bu assimiliyasiya siyasətinin əsasında isə bir sıra əsassız amillər dayanır.

Şərqi Türkistanda yaşayan türklərin dininin İslam olması onların qonşuları ilə olan münasibətnin ziddiyətli xarakter almasına səbəb olub. Çin də öz növbəsində, Şərqi Türküstanı siyasi sahədə zəiflətməyin yolunu məhz kütləvi dinsizləşdirmədə və deideologizasiya siyasətində görürdü. Bu minvalla onların ibadət etməsini, məscidlərə getməsini və dini kursların fəliyyət göstərməsini hər vasitə ilə önləyirdi.



Ölkə konstitusiyası uyğurlara dini azadlıq verir…

Çin Xalq Respublikası konsitutsiyasının 36-cı maddəsinə əsasən, “Hər Çin vətəndaşı dini inanclarında müstəqilliyə sahibdir. “Dövlət vətəndaşların dini fəaliyyətlərini qoruyur” maddəsi Uyğur türklərinə dini azadlıq versə də, onlar insanların ibadətini zor yolu ilə məhdudlaşdır, propoqanda fəaliyyətində günahlandırırlar. Dini təhsili və Quranı oxumaq istəyi qadağan olunmuş xalq həbsə salınır və olmazın işgəncələr görürdü. Bu isə Çinin tolerantlıq anlayışından nə qədər uzaq dövlət olduğunu sübuta yetirirdi.

ÇXR-ın bu mənfur siyasəti təkcə uyğur turklərinə qarşı deyil, həmçinin dini islam olan bütün insanlara qarşı idi. Müsəlmanlara qarşı olan bu münasibət 11 sentyabr hadisələrindən sonra dahada kəsgin xarakter aldı. Çinin törətdiyi kütləvi insan təlafatı da məhz dini zəmndə hesablanmışdı. Onlar 12-13 yaşındakı uşaqları “terrorçu olacaq” şüuru ilə güllələmiş, baş örtüyünü çıxarmayanları diri-diri yandırmış, işğaldan bu yana milyonlara müsalmanın faciəli şəkildə ölümünə səbəb olmuşlar.

Ərazisi təbii ehtiyatlarla zəngin olsa da, aclıq, səfalət hökm sürür...

Ərazisi petrol,volfram,gümüş,altın,platin,kömür kimi zəngin sərvətlərə malik Şərqi Türkistan Çin coğrafiyasının ən mühüm ərazisi hesab olunur. Ancaq bunla bele, bu sahədə də Çinin Uyğur türklərinə qarşı olan qəddar münasibəti məcburi əməyin icrasında özünü aydın şəkildə biruzə verir. Çindəki türklər arasında adam başına düşən milli gəlir orta hesabla 100 dollardırsa, bu rəqəm yerli əhalidə 360 dollara qədər yüksəlir. Bu isə ciddi sosial bərabərsizliyə, onlar arasında kütləvi işsizliyə, aclığa və səfalətə səbəb olur. Nəticədə, xalq çarəni başqa ölkələrə köçməkdə görür.

Problem irimiqyaslı xarakter alsa da, Qərbin və digər siyasi subyektlərin məsələyə adekvat münasibəti hələdə gözləmə mövqeyindədir. Heç bir qurum real həll imkanlarının yaradılmasında və Şərqi Türkistanın yenidən müstəqil olmasında maraqlı deyil. Avropa dövlətlərin bu tragediyaya münasibəti bir yana, müsəlman aləminin və Türkiyənin hadisəyə susqun siyasəti ağlasığmazdır. “Türkun dostu türkdür” prinsipi isə problemin həllində turk xalqlarının rolunun yüksək olduğunu bir daha vurğlayır. Bu mənda regionda yüksək strateji, iqtisadi və hərbi gücə malik Türkiyənin siyasi iradəsini ortaya qoyması mütləqdir.

Məsələyə Türkiyə tərəfinin biganə mövqeyini iqtisadi və siyasi münasibətlər kontekstində araşdırmalarımızla davam edək ..



Türkiyə 2003-cü ilə kimi Uyğurlara siyasi-iqtisadi müstəvidə dəstəyini əsirgəməyib. Belə ki, 1995-ci ildə İsa Yusif Alptəkinə həsr olunmuş mərasimdə Rəcəb Tayyib Erdogan Şərqi Türküstanda şəhid olanları bütün Türk dünyasının şəhidləri olduğunu ifadə edib. Eyni zamanda, o dövrə kimi Türkiyə Çin zülümündən qaçıb gələn Uygur türklərinin sığınacaq məkanı olub.

2003-cü ildən sonra siyasi konyuktura dəyişməyə başladı...

Rəcəb Tayyib Ərdoğan baş nazir seçildikdən sonra ÇXR-ə rəsmi səfəri zamanı Türkiyənin ÇXR-in ərazi bütövlüyünü tanıdığını və seperatçılığa qarşı bigə fəaliyyət aparmağa hazır olduqlarını bəyan etdi. Tərəfərlər arasında 2008-ci ildə hərbi əməkdaşlıq müqaviləsi imzalandı.Əsrin əvvəllərində Çinlə Türkiyə arasında beynəlxalq sülhün və sabitliyin qorunması və dünyada davamlı iqtisadi inkişafın təmin olunması ilə bağlı razılıq əldə olundu. 2010-cu ildən etibarən əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və ticarətin vahid valyut ilə aparılması isə bu diplomatiyanın uzunömrlülüyünə qarant verdi. Çin prezidentinin “Dövlət Şərəf Medalı” ilə təltif olunması da buna bariz sübutdur.

Türkiyənin bu cür mövqe tutmasına Kürd məsələsinin və şimali Kipr probleminin cox böyük təsiri var. Belə ki, Türkiyənin Uyğur türkərinin öz müqəddaratını təyin etmə azadlığını ifadə etməsi Türkiyəni çətin vəziyyətə sala bilər. Vəziyyət belə olan təqdirdə, Türkiyə daxilində böyük problemlərlə qarşılaşa bilər.

Nəticə etibarilə, ölkədaxili siyasi problemlər ve XX əsrdə Çinin qlobal güc mərkəzinə çevrilməsi Türkiyəni öz milli maraqları prizmasından çıxış etməsinə vadar edir.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1632