Məhşur hotel sökülür


16:02     18 Aprel 2015 hotel-president-prague-lobby-001-1500x10003.jpg

Femida.az xəbər verir ki, uzun illərdən bəri vətəndaşlara xidmət edən Bakı Vağzal hoteli təmirə dayanıb.

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Femida.az-a açıqlamasında bildirib ki, binanın yalnız örtük qismi yox tamamilə təmir edilməsi nəzərdə tutulub. Təmirin məqsədi hoteli daha komfortlu vəziyyətdə vətəndaşların ixtiyarına verməkdir.

Nadir Əzməmmədov onu da bildirib ki, təmirdən sonra hoteldə qiymət dəyişikliyi olmayacaq.

Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 1782