Çindən vətəndaşlarına xəbərdarlıq: “Türkiyədə ehtiyatlı olun”


16:46     06 İyul 2015 400119543.jpg

Çin Uyğur türklərinə qarşı təzyiqlərin Türkiyədə etirazlar doğurması səbəbindən bu ölkəyə gedən turistləri ehtiyatlı olmağa çağırıb.


Rəsmi Pekin Şincan Uyğur Muxtar Bölgəsindəki gərginliyin artması səbəbindən çinliləri Türkiyə gedərkən ehtiyatlı olmağa çağırıb.

Femida.az Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, Çində uyğurlara qarşı başlayan təzyiqlər Türkiyədə Çinə qarşı etirazlara səbəb olub.

Bu səbəbdən də, Çinin Xarici İşlər Nazirliyi öz internet səhifəsində bildirib ki, Türkiyədə son dövrlərdə çinli turistlərin "hücuma məruz qalığı və narahat edildiyi"nə dair məlumatlar var.

"Türkiyəyə səyahət edərkən ehtiyatlı olun. Qətiyyən etiraz aksiyalarının şəkil və videolarını çəkməyin, hadisə yerinə yaxın getməyin. Əgər mümkündürsə, bayırda təkbaşına gəzməməyə çalışın." — deyə Çin XİN bildirib.

Şərqi Türküstan hesab edilən Şincan Uyğur Muxtar Bölgəsində yaşayan uyğur türklərinin oruç tutmalarına və digər dini ibadətləri yerinə ytirməsinə Çin hökumətinin qadağa qoyması barədə məlumatlar Türkiyənin bir çox regionunda etiraz aksiyalarına səbəb olub.

Bu günlərdə Türkiyənin Ülkü Ocaqları tərəfindən İstanbulda keçirilən etiraz yürüşü zamanı bir qrup şəxs Sultan Əhməd məscidi yaxınlığında koreyalı turistləri Çinli bilib onlara hücum etmişdilər.

Türkiyənin Xarici İşlər Nazirliyi bu günlərdə rəsmi açıqlama yayaraq məsələdən narahatlıq ifadə etmişdi. Nazirlik öz narahatlığını Çinin Ankaradakı səfirliyinə də bildirmişdi. Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi isə Türkiyənin narahatlıq keçirməsindən narahat olduqlarını demişdi.

Açar sözlər:

Oxunub: 773