Türkiyə üçün vacib gün: Ərdoğan vidalaşır


18:31     06 İyul 2015 146_erdogan_5.jpg

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan yeni hökumət qurulmazdan öncə Nazirlər Kabinetinin oplantısında hökumət üzvləri ilə vidalaşacaq.


Femida.az Türkiyənin Sabah qəzetinə istinadən verdiyi xəbərə görə, Ərdoğan nazirlərlə son görüşündən sonra onlar üçün iftar süfrəsi açacaq.

İftar yeməyində bir araya gələcək Ərdoğan baş nazirin köməkçiləri Bülənt Arınç, Ali Babacan, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Kənd təsərrüfatı naziri Mehdi Əkər, Çalışma və sosyal Güvənlik naziri Faruk Çeliklə vidalaşacaq.

Beştəpədə keçiriləcək görüşdə R.T. Ərdoğan həmçinin hökumət üzvlərindən halallıq istəyəcək.

Bundan əlavə, Nazirlər Kabinetinin bugünkü toplantısında Suriyanın şimalındakı mövcud vəziyyət və seçkinin nəticələri ilə bağlı müzakirələr ediləcək.

Qeyd edək ki, Ərdoğan bundan əvvəl yanvarın 19-da, ən son isə aprelin 20-də kabinetin toplantısına başqanlıq edib. Əgər koalisyon hökuməti qurularsa, bugünkü görüş Ərdoğanın başqanlıq etdiyi son Nazirlər Kabineti toplantısı olacaq.


Açar sözlər:

Oxunub: 1371