Qadınlığımızı necə itirdik? - Günay Arda yazır

Qadınlığımızı necə itirdik? - Günay Arda yazır


20:27     29 Avqust 2016 gunay%20ardarda16.jpg

(I yazı)

Mən onu “Roma” kimi tanıyırdım. Günlərin bir günü öyrəndim ki, adı da, özü də Krisitina olub. Özünə “qadın” deyir.


İnsanlar qadın və ya kişi olaraq doğulmurlar. Qadın da, kişi də olurlar. Kristina qadın doğulmasa da, tanıdığım çox qadından daha artıq qadındır. Nazı, geyimi, təmizliyi,uzaqdan vuran parfüm qoxusu onu çox qadından daha artıq qadın edib.

Ümumiyyətlə, məni qadınlar yox, homoseksuallar, transseksuallar daha çox kompleksə salır. Onların naz-qəmzəsi, özlərinə diqqəti qadın kimi məsuliyyət hissini artırır.

Hamı üçün onlar sevilməyən insanlardır. Əvvəllər istədiyin cinsdə yaşamaq mümkünsüz idisə, indi mümkündür. İstəyən cinsini də dəyişir, adını, soyadını da.

Homoseksuallar, transseksuallar sürətlə artır. Bu, kimin üçünsə üsyandır, kimin üçün mənəvi-fiziki tələb, kimlərəsə maddi qazanc yeri. Məntiqlə qadınlar daha çox homofobiya xəstəliyinə tutulmalı idi. Onlar qadın olmaq istəyən, bəlkə də bizdən daha çox qadın olan, eyni zamanda kişi daxilini özününkü kimi mükəmməl bilən varlıqlardır. Onların xitab elədiyi tərəf kişilərdir. Onların hədəfi kişilərdir. Onlarla əlaqəyə girən də kişilərdir. Həmçinin, özünü homoseksual, transseksuala qarşı düşmən mövqeyində göstərən də kişi tayfasıdır. Kişilərin onlara qarşı münasibətindəki ikiüzlülük dəhşətlidir. Sanki transseksual və homoseksuallarla cinsi əlaqəyə girən, pul xərcləyən biz qadınlarıq.

Şərq ədəbiyyatı homoseksual ədəbi nümunələrlə zəngindir. Bunun izahı platonik sevgi kimi verilsə də, saraylarda xacələrin, axtalanmış oğlanların olduğu da heç kimə sirr olmayıb. Bəs bu qədər say artımının səbəbi nədir? Şərq kişisi keçmişinəmi qayıdır? Yoxsa biz qadınlar qadınlığımızımı itiririk?

İnsan hisslərinin izahı deyildiyi qədər çətin deyil. Sevgi, aşiqlik, cinsi tələbat fövqəladə hadisə yox, kimyəvi prosesdir. İnsanların qeyri-səmimiliyi, ikiüzlüyü bu kimyanı tərsinə yozmağa məcbur edir. Vizuallığın beynə ötürdüyü siqnallar cinsi həyatın ənənəviliyini sıradan çıxarır. Bizim qadın enerjimiz səthiləşdikcə, kişilərin cinsi sarpmaları sürətlənir. Çətin həyat, stress, gərginlik incəliyimizi korşaldır. İçimizə kövrək hisslərin yerinə iynələr əkir. Biz məişətin çətinliyindən kirpi kimi iynə çıxarıb qorunuruq. Özünümüdafiə məcburiyyətimiz təbiətin verdiyi halal qadınlığımızı əlimizdən alır. Bizi bilinməyən bir cinsiyyətə çevirir. Yerimizi homoseksuallara, transseksuallara buraxırıq.

P.S: Bu yazıda qadın xoşbəxtliyi haqda novella da ola bilərdi.

Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 4834


Oxşar xəbərlər