Xalq artisti ilə vida olacaq
16:37 18 Aprel 2015
Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişli dünyasını dəyişib.
Femida.az-ın məlumatına görə, tanınmış bəstəkar bu gün dünyasını dəyişib. O, 10 gün öncə xəstəxanaya yerləşdirilib və elə xəstəxanada da dünyasını dəyişib.
Dünən tanınmış bəstəkarın 81 yaşı tamam olub.
Qeyd edək ki, R. Mirişli 16 aprel 1934-cü ildə Naxçıvan MR-də anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O, 1974-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 1982-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1990-cı ildən isə xalq artisti fəxri adını daşıyır.
Xalq artisti Ramiz Mirişli onlarla gözəl mahnı və romansların müəllifi kimi tanınır.
O, həmçinin Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində əsərlərin müəllifidir. Uzun müddət ictimai və pedaqoli fəaliyyətlə məşğul olan bəstəkar Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatının sədri, həm də Dövlət Televiziya şirkətində musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışıb. R. Mirişli 20 ildən artıq pedaqoji fəaliyyətlə məşğul olub.
Ramiz Mirişli ilə vida mərasimi bu gün saat 14.00-da Bakı Musiqi Akademiyasında olacaq.
Femida.az
Oxunub: 684
Oxşar xəbərlər
- Zəngilan Beynəlxalq Hava Limanında sərhəd nəzarətinə hazırlıq görülür
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- Ata-anası olmayan şəhidi xalq belə ağladı - DƏFNDƏN ÜRƏKDAĞLAYAN VİDEO
- Xalq artisti Ənvər Həsənovun koronavirus testi pozitiv çıxıb, vəziyyəti ağırdır
- Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
- Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 medal qazanıb
- Azərbaycan boksçuları beynəlxalq turnirdə 10 medalla birinci olub
- Şuşada Bəyannamənin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans başlayıb
- Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib
- Ukraynada beynəlxalq legionun bir neçə döyüşçüsü həlak olub