Gecəqondudan lüks malikanələrə - millət vəkilinin həyat hekayəti


20:23     06 İyul 2015 luks.jpg

Bağdad prospektində 3 lüks malikanə satın alan CHP-nin İstanbul millət vəkili Gamze İlgezdinin illər öncə gecəqonduda yaşadığı ortaya çıxıb.


Adı malikanə qalmaqalı ilə gündəmə gələn CHP İstanbul millət vəkili Qamze Akkuş İlgezdinin 90-cı illərin ortalarında bir gecəqonduda yaşadığı ortaya çıxıb. O vaxtlar diş həkimi kimi fəaliyyət göstərən Qamze xanımın həyatı Ataşəhər Bələdiyyə Başkanı Battal İlgəzdi ilə evləndikdən sonra dəyişir. Bu evlilikdən sonra Qamze İlgezdi siyasət meydanlarında yüksəlməyə başlayır.

“Əzilənlərin yanındayıq”..

Son seçimlərdə qələbə qazanaraq TBMM üzvü olan Qamze İlgezdi qısa zamanda gecəqondudan çıxıb 3 lüks malikanə sahibi oldu. O, TBMM-də andiçmə zamanı sol əlini yuxarı qaldıraraq “əzilənlərin yanındayıq” ifadəsini işlətmişdi.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1920


Oxşar xəbərlər