Bakıda silahlı dəstə ələ keçdi


19:51     30 Avqust 2016 cinayet%20tutul%20azadliq%20ogur7.jpg

Bakıda silahlı dəstə saxlanılıb.


DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Xaçmaz rayon sakini İdris Ramazanova məxsus “Mersedes” markalı avtomobilə baxış zamanı “Makarov” markalı tapança, patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.

İ.Ramazanov və sərnişinləri Şamaxı rayon sakinləri Kənanbəy Zülfüqarov, Mətləb Şıxəliyev və Lənkaran rayon sakini Tural Məhərrəmov saxlanılaraq RPİ-yə gətirilib.

Araşdırma zamanı silahın K.Zülfüqarova məxsus olması müəyyən olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1158