Yaralılar xəstəxanada öldü


20:44     30 Avqust 2016 1429602720_teciliyardim1.jpg

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Quba şəhər sakini vəfat edib.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 26-da saat 09 radələrində Quba şəhərində şəhər sakinləri Elgün Əzizovun idarə etdiyi “Mercedes” və Mayıl Yusifovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub, “Hyundai” markalı avtomobil sürüşərək yolu keçən Nəzərşah Əmirbəyovu vurub. Xəstəxanaya yerləşdirilmiş N.Əmirbəyov avqustun 29-da orada ölüb. Quba RPŞ tərəfindən araşdırma aparılır.

Bundan başqa avqustun 27-də saat 19 radələrində Tovuz rayonunun Çatax kəndində rayon sakini Eldar Qarayev idarə etdiyi “VAZ-2105” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü avqustun 29-da orada ölüb. Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1951