İçərisində 43 min manat olan bankomat oğurlandı


16:25     31 Avqust 2016 bankomat.jpg

Şirvan şəhərində bir banka məxsus bankomat oğurlanıb.


Femida.az xəbər verir ki, polisə bu gün saat 04.00 radələrində Hacı Qəhrəmanlı qəsəbəsində yerləşən bankomatın oğurlanması barədə məlumat daxil olub. İlkin ehtimala görə, bankomatda 43 min manat olub.

Şirvan Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 2594