18 təyyarə reysi ləğv olundu


00:00     07 İyul 2015 indoneziyaazv.jpg

İndoneziyanın Şərqi Java bölgəsində yerləşən Raung vulkanı fəaliyyətə keçib.


Bu barədə Femida.az xarici KİV-ə istinadən xəbər verir.

Ölkənin ən önəmli turizm bölgəsi olan Bali adası yaxınlığında yerləşən Raung vulkanının fəaliyyətə keçməsinin ardından hökumət təhlükə xəbərdarlığı elan edib və əraziyə 3 km məsafədə yaşayan 800 nəfər bölgədən təxliyə edilib.

Məlumata görə, vulkandan püskürən külün hündürlüyü 4 km çatıb. Məhz bununla əlaqədar 18 təyyarə reysi ləğv edilib.

Ölkə rəsmiləri bildirir ki, hazırda vəziyyət nəzarətdə saxlanılır.

Açar sözlər:

Oxunub: 682