Baş nazirin müavini diasporanı köməyə çağırdı


17:55     18 Aprel 2015 eli%20alihasanov.jpg

“Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamənin heç bir əsası və mənası yoxdur.”

Femida.az xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

Əli Həsənov bildirib ki, bu qərəzli qətnamənin qəbulu ikili standartların bariz göstəricisidir: “Bu, əslində yeni bir şey deyil. Avropa Parlamenti tərəfindən belə bir addımın atılması təəccüb də doğurmur. Çünki əvvəllər də bu kimi ikili standartların şahidi olmuşuq.”.

Onun sözlərinə görə, Avropa Parlamentinin belə bir qərar qəbul etməsində erməni lobbisinin əli var: “Ermənilərin bu cür əməllərinə qarşı Azərbaycan və Türkiyə diasporları birgə mübarizə aparmalı və bunu daha da gücləndirilməlidirlər.”

Femida.az

Açar sözlər:

Oxunub: 698