Rusiyalı milyarder Qarabağa köçüb
02:15 07 İyul 2015
Rusiyanın ilk milyarderlərindən biri, ölkənin ən qeyri-adi sahibkarı, məşhur fermer Qerman Sterliqov ailəsi ilə birlikdə Rusiyadan Qarabağa köçüb.
Onun Vkontakte sosial şəbəkəsindəki səhifəsində yaşadığı evin şəkilləri yerləşdirilib. Həmin şəkillərdə evin pəncərələri bağlıdır. Qarabağda olduğu deyilən Sterliqov həyat yoldaşı və 5 övladı ilə birlikdə təsərrüfat işlər ilə məşğul olmağa başlayıb.
Qerman Sterliqov Vkontakte səhifəsində tərk etdiyi evin şəkillərini yerləşdirib.
Sahibkar gedərkən öz köməkçisinə Slobodadakı fermasındakı mal-qarasını, atlarını, avtoparkını satmağı tapışırıb. "O, iyulun 4-də Dağlıq Qarabağa gedib. Nə vaxt qayıdacağı bilinmir, amma o, mütləq qayıdacaq. Onun getmək üçün ciddi səbəbləri var idi. Bu, cinayətkarlar deyil, daha yüksək təbəqədir", - deyə köməkçisi Polina Sirota rus mətbuatına bildirib.
Qeyd edək ki, Qerman Sterliqov Rusiyada 1990-cı illərdə məşhurlaşmağa başlayıb. O, həmin illərdə ölkədə ilk xammal ticarəti birjası "Alisa"nı yaradıb.
Rusiyalı sahibkarın Qarabağa getməsi ilə əlaqədar Rusiya səfirliyi ilə əlaqə saxladıq. Səfirlikdən ANS PRESS-ə bildirilib ki, bununla bağlı heç bir məlumat verə bilməyəcəklər. Rusiyanın bu hadisəyə münasibətini öyrənmək üçün yenidən səfirliklə əlaqə saxlayacağıq. (Ans)
Oxunub: 794
Oxşar xəbərlər
- Rusiyalı jurnalist Ukraynadan deportasiya edildi
- Rusiyalı turistlərlə dolu avtobus yandı
- Rusiyalı haker tutuldu - ABŞ-ın tələbi ilə
- Rusiyalı diplomat Türkiyə XİN-ə çağırıldı
- Rusiyalı milyarderlərin siyahısına Leonid Mixelson başçılıq edir
- Rusiyalı politoloq Sülh Platformasına qoşulub
- Rusiyalı teleaparıcıdan Azərbaycana qarşı hörmətsizlik - FOTOFAKT
- Rusiyalı deputat Sülh Platformasına qoşuldu
- Rusiyalı nazir Bakıya gəlir
- Rusiyalı spiker İrəvanda Qarabağdan danışdı