15 yaşlı qız onu hamilə qoyan sevgilisini öldürdü


04:16     07 İyul 2015 bıçaq00.jpg

Qatil yeniyetmə qadının 4 aylıq hamilə olduğu iddia edilir.


Türkiyədə 15 yaşlı qız birlikdə yaşadığı 26 yaşlı sevgilisini qətlə yetirib. Yeniyetmə qadının 4 aylıq hamilə olduğu iddia edilir.

Yaxınlarının sözlərinə görə, o öldürdüyü Ali Demirsoyla rəsmi nikahsız eyni evdə yaşamağa başlayıb. K.K-nın buna razılaşmağa məcbur olunmasının səbəbi isə sadə olub; Ali Demirsoy görüşdüyü yeniyetmə qızı hamilə buraxmışdı.

Cinayət isə adi bir zarafatlaşmadan törənib. K.K. mətbəxdə qabları yuyarkən yanına gələn Ali Demirsoyla əlindəki bıçaqla zarafatlaşmaq istəyib. Sevgilisinin də zarafata adekvat reaksiyası faciə ilə bitib. Qadın bu zaman istəməyərək bıçağı sevgilisinin ürəyinə sancıb.

Alinin qan içində yerə yıxıldığını gördükdə isə qışqıraraq qonşuları köməyə çağırıb. Ağır yaralanan kişi xəstəxanaya çatdırılarkən sağ olsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Bədbəxt qızı isə müstəntiqin suallarını cavablandırmaq üçün polis idarəsinə aparılıb.

Hadisə ilə bağlı cinayət işinə başlanılıb. / ans/

Açar sözlər:

Oxunub: 1226