FHN buğda tədarükünün vaxtını uzadıb


03:02     02 Sentyabr 2016 bugda.jpg

Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükünün vaxtı noyabrın 1-dək uzadılıb.


Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, həmçinin yerli buğda istehsalçılarından keyfiyyətli buğdanın qiyməti bir ton üçün 250 AZN-dən 270 AZN-ə qaldırılıb.

Qeyd edək ki, FHN-in Dövlət Material Ehtiyatları Agentliyi iyunun 21-də Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan etmişdi.

Açar sözlər:

Oxunub: 949