Yarışda böyük qəza oldu - Video


14:46     07 İyul 2015 vel%20qəz.jpg

Dünyanın ən nüfuzlu veloyürüşü sayılan Tour de France-da ağır qəza baş verib.


Femida.az xəbər verir ki, yürüşün 3-cü mərhələsində velosipedçilər 40 km/saat sürətlə hərəkət etdikləri zaman toqquşublar.

Toqquşma nəticəsinlə onlarla velosipedçi yıxılıb, zədə və travmalar alıblar.

Veloyürüşün lideri Fabian Kançellara xəstəxanaya aparılıb.

Yarışın tarixində ilk dəfə olaraq qəza ilə bağlı mübarizə 10 dəqiqə dayandırılıb.

Yaralılar və zədə almış velosipedçilər xəstəxanaya aparılandan sonra yürüş davam edib.

Açar sözlər:

Oxunub: 548


Oxşar xəbərlər