Hitler üçün yəhudiləri qıran ermənilər – ARAŞDIRMA


18:48     02 Sentyabr 2016 armenians%20hitler.jpg

İsrailin Vaşinqtondakı səfirliyinin keçmiş rəsmisi, diplomat Lenni Ben-David vaxtilə ABŞ-dakı bütün yəhudilərə, eləcə də yəhudi lobbi təşkilatı ADL-ə (Anti Defamation League) üzünü tutaraq, erməni iddiaları mövzusunda çox diqqətli olmağa səsləmişdi. O, bildirmişdi ki, ermənilər yüz minlərlə müsəlmanı, eləcə də minlərlə yəhudini qətlə yetiriblər.


Lenni Ben-David "Yerusalem Post" qəzətində yazdığı məqalələrnin birində bildirir ki, ermənilər yəhudilərə qarşı qətliamlar törədiblər, ancaq onların bu əməlindən söhbət belə açan yoxdur.

Daha sonra Ben-David həmin yazıda Azərbaycandakı yəhudilərin ermənilər tərəfindən necə vəhşicəsinə qəlt edildiyinə də diqqət çəkir: "Bir müddət bundan öncə Azərbaycadakı dağ yəhudiləri, 1918-ci ildə çox az adamın bildiyi və ermənilər tərəfindən öldürülən 3000 yəhudi üçün memorial mərkəz inşa etməkdən ötrü bizdən yardım istəmişdirlər”.

Ümumiyyətlə, arxivlərdə aparılan araşdırmalar əsnasında erməni silahlı quldurlarının Anadolu və Qafqazda 10 min yəhudiyə qarşı soyqırım reallaşdırdığı üzə çıxıb. Türkiyə "Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi"nin rəhbəri Prof. Sədat Laçinər yazır ki, yəhudilərlə ermənilər arasında hər zaman tarixi rəqabət olub. Osmanlı dönəmində kiçik qəsəbələrdə belə ermənilərin yəhudilərə qarşı düşmənçilikləri olub, ermənilərin iftira və şərləməsi nəticəsində bəzi yəhudilər ağır cəzalara məhkum ediliblər. Bu gün Türkiyənin Şərq və Cənub-Şərqində yəhudilərin qalmamasının səbəblərindən biri də məhz ermənilərin həmin bölgədə törətdikləri genosid və basqılar olub.

Yəhudilərin ermənilər tərəfindən I Dünya Müharibəsi ərəfəsi və ondan sonrakı dövrlər ərzində qətlə yetirilməsi ilə bağlı tədqiqat aparan tarixçilərdən biri də Prof. Qad Nassindir. O, həmin qətliamların canlı şahidi olmuş insanları axtarıb tapıb və mühim faktları üzə çıxarıb.

Prof. Qad Nassin yazır ki, I Dünya Müharibəsin dönəmində Türkiyənin Hakkari şəhərindən çıxıb qohum-əqrabalarını axtaran 300 nəfər yəhudi ermənilər tərəfindən tutularaq, tikə-tikə doğranmış və divar şəkilində yabalara keçirilmişdir.

Xatırlatmaq lazımdır ki, 1918-ci ildə Azərbaycan ərazisində kütləvi qətliam törədən ermənilər, azərbaycanlılarla birgə yəhudiləri də amasızcasına öldürüblər. Qubanın “Qırmızı qəsəbə” adlanan və yəhudilərin kompakt yaşadığı ərazidə çoxlu sayda yəhudi ermənilər tərəfindən acımasız formada öldürülüb.

Nasistlər üçün yəhudiləri qıran ermənilər

Adolf Hitlerin Təbliğat-Təşviqat naziri Yozef Göbbelsin nəzarəti altında sırf ermənilərdən təşkil olunmuş rus, erməni, fransız və alman dillərini bilən radio təbliğatçıları fəaliyyət göstərirdi. Həmin ermənilər III Reyxin digər xalqlara təbliğat materiallarını ötürməkdə müstəsna xidmətlər göstərirdilər. Bununla yanaşı, 1936-cı ildə Almaniyada nəşr olunan "Hayrenik" adlı erməni qəzetində diqqət çəkən məqamlardan biri də, qəzətin yəhudilərə qarşı açıq-aşkar nifət, iqri ayrı-seçkiliyi əks etdirən çağırışları təbliğ etməsidir.

"Hayrenik" qəzeti o zamankı sayında yazırdı: "Yəhudilər fanatik miliyyətçiliyin və irqçiliyin törəmələridirlər. Bu zəhərli ünsürləri xroniki xəstəliklər kimi kök saldıqları yerdən təmizləmək bəzən çətin olur. Ancaq onların məhv edilməsinə ehtiyac olduğu zaman, bu cür addımın atılması düzgün sayılmalıdır. Cərrahiyyə əməliyatı zamanı qanın axması təbiidir". (Aya, 2009, s.250)

10 may 1935-ci ildə "Hayrenik" qəzeti Rumıniyanın paytaxtı Buxarest şəhərində bələdiyyə rəhbərinin irqçi və antisemitizm mahiyyəti daşıyan çıxışını böyük fəxrlə dərc edir. Buxarest şəhərinin bələdiyyə rəhbəri erməni qəzetinin nəşr etdiyi həmin çıxışında deyirdi ki, "Ermənilər bizə, yəni rumınlara yəhudilərin köləsi olmamağımız üçün böyük kömək etdilər”.

"Hayrenik" qəzeti 1935-ci ildə, başqa bir nüsxəsində yazır: "Ermənilər və yunanlar haqlı olaraq Selanik şəhərində (Yunanıstan) çoxlu sayda yəhudini qətlə yetiriblər”. (Veems, 2002, s.347)

Amerikalı tarixçi və araşdırmaçı Samuel E.Veems müəllifi olduğu "Ermənistan: Terrorist Xristian Dövlətinin Sirrləri" adlı kitabına yazır ki, "Almanlar ermənilərdən işğal olunmuş ərazilərdə polis və ya patrul qüvvəsi olaraq da geniş istifadə edirdilər. Almanlar ermənilərə axtarış siyahısında olan şəxsləri, xüsusilə də yəhudiləri tapmaq kimi olduqca mühim missiyanı tapşırmışdılar. Ermənilər sayəsində ələ keçirilən minlərlə adam arasında çoxlu yəhudilər vardı".

III Reyxin hərbi kəşfiyyat qrumu “Abver”in Türkiyə və ərəb ölkələrində çox güclü casusluq şəbəkəsi olub. Türkiyənin Şərq hissəsində otel sahibləri olan Lusi və Yozef Avazyan alman kəşfiyyatının bağlantı yaratdığı şəxslər idilər. Otel Abver üçün ideal görüş və məktublaşma mərkəzinə çevrilmişdi. Berlindən gələn böyük miqdarda pul məhz buradan Ərəb ölkələrinə paylanılırdı. Lusi Avazyan İstanbul-Suriya xətti üzrə kəşfiyyat məlumatlarının toplanmasında çox aktiv olub.

Təxminən 6 ölkədə daşnaklardan ibarət casus şəbəkəsi nasist Almaniyası üçün canla-başla çalışıb. Türkiyəyə aid ordu, insanların ruh yüksəkliyi, iqtisadi durum kimi məlumatları mütəmadi olaraq almanlara ötürənlərdən biri də erməni-nasist kəşfiyyatçısı Adrine Nadryan idi.

Fərrux Həsənov

Açar sözlər:

Oxunub: 15717