Çində müsəlmanların iftarı


15:21     07 İyul 2015 11666126_914794565259144_7164401634476566003_n8.jpg

Son zamanlar mediada və sosial şəbəkələrdə Çin hökumətinin müsəlmanlara zülm etməsi ilə bağlı şəkil və paylaşımlar çoxalıb. Çin hökumətinin uyğurlara oruc tutmağı qadağan etdiyi, oruc tutanlara zorla su içirdildiyi, yalnız müsəlman olduqları üçün insanların işgəncəyə məruz qaldığı haqda çoxsaylı məlumatlar yayıldığını görürürük.


Xatırladaq ki, uzun illər kommunist sistemilə idarə olunan Çin Xalq Respublikasında bir çoxlarının fikirləşdiyinin əksinə olaraq İslam dininin böyük izləri var. Üstəlik, rəsmi rəqəmlərə görə indiki vaxtda 20 milyon müsəlmanın yaşadığı Çinin İslamla tanışlığı çox keçmişlərə söykənir. Elə Çinin öz yerli əhalisi arasında da müsəlmanlar var. Bu müsəlmanların əksəriyyəti Çinin azlıq millətlərindən olan huilərdir.

Çin müsəlmanlarının yarısını isə uyğur, qazax, qırğız, tacik, tatar, özbək, salar, baoan və dangxiong kimi fərqli millətlər təşkil edir. 10 milyona yaxın sayı olan huilər ölkədəki ən böyük müsəlman əhaliyə sahib birlikdir. Huilər fiziki quruluş baxımından Xan xalqına bənzəyirlər. Huilərin soyları Sincandakı uyğur və türkcə danışan digər etnik qruplardan fərqli olaraq, Moğol - Yuan xanədanlığı dövründə Çinə köçən müsəlmanlar olublar.

Dünən sosial şəbəkələrin birində sərbəst halda iftar açan huilərin görüntüləri yayılıb. Şəkillərdən görünür ki, uyğur türklərinin məruz qaldığı işgəncələrə Çinin şimal qərbində yaşayan huilər arasında təsadüf edilmir.

Femida.az həmin görüntüləri təqdim edir:









Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1101