Sarkisyana etiraz edən erməni ağzını tikdi


15:36     07 İyul 2015 FFA38BF3-F6BD-4C2B-8CF4-01F0380D890F_cx0_cy6_cw0_mw1024_s_n_r1.jpg

İrəvanda elektrik enerjisi tariflərinin artmasına etiraz aksiyası davam edir. Bu gecə aksiya iştirakçılarından biri etiraz əlaməti kimi ağzını tikib.


Femida.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə etirazçıların nümayəndəsi David Sanasaryan məlumat verib.

Qeyd ki, dünən polis etirazçıları Baqramyan küçəsindən çıxarıb. Bundan sonra etirazçıların bir qismi aksiyanı Azadlıq meydanında davam etdirib.

Xatırladaq ki, İrəvanda etirazlar elektrik enerjisi tariflərinin artması barədə qərar qəbul olunduqdan sonra başlayıb. İyunun 19-dan aksiya iştirakçıları İrəvanın mərkəzi prospekti Baqramyanı bağlayıblar.

Açar sözlər:

Oxunub: 640