Türkiyədə Osmanlı Partiyası yarandı


15:27     03 Sentyabr 2016 osmanli-partisi.jpg

Türkiyədə yeni siyasi təşkilat – Osmanlı Partiyası yaradılıb.


Femida.az xəbər verir ki, bu barədə Dailiy Hurriyet News yazır. Yeni yaradılan partiyanın şüarı – “Türkiyə-lider ölkə”dir. Partiyanın yaradıcıları qeyd edirlər ki, artıq növbəti seçkilərdə iddialarını ortaya qoyacaqlar. Lakin buna qədər partiyanın rəsmi şəkildə təsis olunması istiqamətində bəzi nüansları həyata keçirmək lazımdır.

“Yaxın zamanlarda bizim öz düşərgəmiz olacaq və biz gələcək layihələrimizin anonslarını verəcəyik”-deyə partiyanın sədri İbrahim Une bildirib. O, ümid edir ki, ölkəsinin siyasətində bir sıra dəyişikliklərə nail olacaqlar: “Biz ölkəmizin bütün regionlarına qədər gedib-çıxacağıq”.

Qeyd edək ki, Türkiyənin siyas partiyalar haqqında mövcud qanununa görə, partiya yaratmaq üçün 30 nəfər şəxsin bir araya gəlməsi ilə ölkədə siyasi təşkilat quraraq fəaliyyətə başlaması kifayət edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1152