Fidel Kastrodan zəfər MƏKTUBU (FOTO)


17:20     07 İyul 2015 WCUZKBP7491314.jpg

Kuba inqilabının lideri Fidel Kastro, Yunanıstan Baş naziri Aleksis Çiprası referendumda qazandığı uğura görə təbrik edib.

Femida.az xarici mətbuata istinadən xəbər verir ki, Kastro, göndərdiyi məktubunda referendumu yunanların "qələbəSİ" olaraq adlandırıb. Yunanıstanın müstəqilliyini və mədəniyyətini bütün təhdidlər qarşısında qorumağı bacardığını deyən Kastro, məktubunda bunları yazıb:

"Böyük qələbənizə görə sizləri təbrik edirəm. Referendum günü bütün prosesləri izlədim. Yunanıstan kubalılar çox yaxın ölkədir. Yunanıstan bizlərə fəlsəfə, elm, incəsənət, mədəniyyət sahəsində bir çox miras qoyub. Ölkəniz bu qarışıq vəziyyətdə Latın Amerikasına cəsarət dərsi verdi. Xarici təhdidlərə qarşı Yunanıstan öz kimliyini və mədəniyyətini qorumağı bacardı. Siyasi sistemdə dünyamızın var olması incə bir ipə bağlıdır. Bu məsələlərdə alınan hər bir qərar aydın şəkildə təhlil edilməli və diqqətli bir şəkildə tətbiq olunmalıdır.

Yoldaş Aleksis Çipras, yolunuzda uğurlar arzulayıram".

Şahverdi Şirinli
Femida.az


Açar sözlər:

Oxunub: 1009