Narkoman qadının fəryadı


19:00     07 İyul 2015 narkom.jpg

Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 9 yaşında əmisi, 14 yaşında qaynı tərəfindən zorlanan qız sevgilisi tərəfindən atıldıqdan sonra küçələrdə qalıb.


9 yaşında əmisi, 14 yaşında qaynı tərəfindən zorlanan qız 19 yaşında olarkən uşaq dünyaya gətirdi. Lakin sevgilisi tərəfindən atıldıqdan sonra narkotik vasitələrin aludəçisinə çevrilən qadın 11 aylıq körpəsinə zərər verməmək üçün onu anasının himayəsinə verir:

“Narkotikadan uzaqlaşa bilmədiyim üçün anama “Səni anası bilsin, məni tanıyarsa o da narkotik istifadəçisi olar” dedim. Qızımı arada görməyə gedirəm, lakin o məni tanımır. Onun yanında olmaq istəyirəm. Onun üçün çox darıxıram. Amma qızım anamla daha xoşbəxtdir” .

“Mənə yardım edin”

Müalicə olunmaq üçün yardım istəyən gənc qadın dərdini belə izah etdi: “Narkotika məni günaha itələyir. Marketlərdən oğurluq edib, narkotik vasitələr alıram. Müalicə olunmaq istəyirəm. Pulum kifayət qədər olmadığı üçün imkanı olanlardan və dövlət rəsmilərindən kömək istəyirəm. Qızım üçün çox darıxıram”...

Femida.az

Açar sözlər:

Oxunub: 1286