Keçmiş məhbuslar hara gedir?


19:24     07 İyul 2015 11727806_1129696677045495_1023016008_o.jpg



Femida.az xəbər verir ki, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Cəzaçəkmə müəssisələrindən azad edilən şəxslərin reabilitasiyasına ictimai dəstəyin təşkili” layihəsini həyata keçirir . Layihənin əsas məqsədi cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial-psixoloji, hüquqi, məşğulluq, tibbi problemlərinin həllinə dəstək göstərməklə onların cəmiyyətə sosial adaptasiyasına nail olmaqdır.
Cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin problemlərinin və onların həlli yollarının müzakirəsi məqsədilə 4 iyul 2015-ci il tarixdə dəyirmi masa keçirilib.Tədbirdə İnsan Hüquqları üzrə Müvəkkilin, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin, Daxili İşlər Nazirliyinin və QHT nümayəndləri iştirak edib.Tədbir zamanı “Cəzaçəkmə müəssisələrindən azad edilən şəxslərin reabilitasiyasına ictimai dəstəyin təşkili” layihəsi, layihənin məqsədləri və cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərə göstəriləcək xidmətlər, qarşıda olan problemlərin birgə həlli, bu istiqamətdə hökumət və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıqla bağlı haqqında görüş iştirakçılarına ətralı məlumat verilib.

Qeyd edilib ki, keçmiş məhkumların “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzininin göstərdiyi xidmətlərdən yaralanması üçün cəzaçəkmə müəssisələrində maarifləndirmə sessiyaları təşkil ediləcəkdir. Maarifləndirmə tədbirləri zamanı cəza müddətini bitirməkdə olan məhkumlarla görüşlər keçirələcək və onların sosial adaptasiya prosesinə hazırlıqla bağlı müzakirələr aparılacaqdır. Layihə çərçivəsində cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin hüquq və vəzifələri haqqında maarifləndirilmə, onların mövcud psixo-sosial, hüquqi, məşğulluq, problemlərinin həllinə dəstəyin göstərilməsi, tibbi problemlərinin həlli istiqamətində yönləndirmə xidmətlərinin təşkili, ailələr ilə maarifləndirici psixo-sosial tədbirlərin həyata keçirilməsi , ictimai vəkillik və sosial müşayiət xidmətlərinin göstərilməsi nəzərdə tutulub.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 958