Kanadalı model İŞİD-ə qarşı döyüşlərdə - FOTOLAR


20:50     07 İyul 2015 sun%20əsas.jpg

Kanadakı rahat həyatından imtina edərək YPG-ə qatılaraq İŞİD-ə qarşı mübarizə aparan kanadalı model Tiger Sun döyüşlərdə ön cəbhədə yer alır.


Kanadalı model Tiger Sun İŞİD-ə qarşı mübarizə aparmaq üçün Suriyaya gedərək YPG-nin sıralarına qoşulub.

Ayağındakı ağrılara görə geri qayıdıb..

“Mail Online”-nin xəbərinə görə snayperçi kimi ön cəbhədə döyüşən Tiger Sun ayaqlarında olan ağrılara görə Kanadaya qayıtmalı olur. Lakin Sun ən qısa zamanda İŞİD-ə qarşı döyüşmək üçün yenidən Suriyaya qayıdacağını bildirib.



Kürdlərin tibbi bilgisi çox zəifdir..

Kanadakı rahat həyatından imtina edərək İŞİD-ə qarşı döyüşlərə qoşulan Tiger Sun müharibələrdə gördüklərini danışıb. Bir dəfə bir qızın ayağı minaya düşməsini və ətrafdakı kürdlərin tibbi biliklərinin zəif olmasına görə həyatını itirdiyini qeyd edib. Sun cəbhədə qadın və kişi əsgərlər arasında cinsi əlaqənin olduğunu da qeyd edib. Lakin o, belə halların gizli olaraq baş verdiyini vurğulayıb. Sun cəbhədə qadınlarla kişilərin bərabərhüquqlu olduğunu da açıqlayıb.



“İŞİD-liləri öldürdük”..

Sun açıqlamasında “Müharibəyə şahidlik etdim. İŞİD-in məzlum insanları öldürdüyünü gördüm. Onların bizi öldürmək istədiklərini gördüm. Biz İŞİD - liləri öldürdük” şəklində münasibət bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1880