600 milyonluq yaxta, 400 milyonluq ev... - Özbək milyarderin mülkləri

600 milyonluq yaxta, 400 milyonluq ev... - Özbək milyarderin mülkləri


17:56     06 Sentyabr 2016 Screenshot_52.png

Dünyanın ən zəngin iş adamlarından biri, özbək biznesmenlər arasında ən məşhuru olan Əlişir Usmanovun Özbəkistanın paytaxtı Daşkənddəki evinə dünya milyarderləri həsəd apara bilər.


Uzbek TV-nin yaydığı məlumata görə, evin əsas yataq otağında bütün mebel qızılla örtülüb. Vanna otağında da bütün əşyalar qızıldandır və brilyant, almaz qaşlarla bəzədilib. Evdəki mebəllə unikal antikvariatın və sənət əsərlərinin ümumi dəyəri 320 milyon dollardır.

17 milyard dollarlıq varidatın sahibi olan 63 yaşlı Əlişir Usmanovun bu evinin dəyəri 90 milyon dollara yaxındır.

Ə.Usmanovun 300 milyon dollarlıq Airbus A300 modelli özəl reaktiv təyyarəsi və 600 milyon dollarlıq "Dilbar" adlı superyaxtası da var.

Özbək milyarder təyyarəyə atası Burxanın, yaxtaya isə anası Dilbarın adlarını verib.



Femida.az

Açar sözlər:

Oxunub: 10421