İqtisadçı ekspert : “Kəsirlərin artmaq ehtimalı var“


19:08     18 Aprel 2015 rovsan%20agayev.jpg


Bu ilin fevral ayının 21-də Azərbaycanda milli valyutanın devalvasiyası baş verdikdən sonra ABŞ dolları yüksəlməyə başladı. Bunun nəticəsində də banklarla vətəndaşlar arasında narazılıqlar yarandı. Ona görə ki, bəzi kommersiya bankları kredit siyasətlərində dəyişikliklər edərək, krediti dollarla verməyə başladılar. Azərbaycan Mərkəzi Bankı isə bu məsələdə aciz qaldı.

Yayılan məlumata görə, rəsmi Bakı manatın sabitliyini qorumaq və əhalinin ciddi maraqlandıran manatın məzənnəsinin “sərbəst üzərək” nəzarətdən çıxmaması üçün Azərbaycan Dövlət Neft Fondunun xaricdə ehtiyat kimi saxladığı vəsaitlərdən istifadə etmək barədə düşünməyə başlayıb.

Qeyd edək ki, hazırda DNF-nun 2,7 milyard vəsaiti depozit və pul şəklindədir və bunlar sərbəst vəsaitlərdir. Məhz həmin vəsait və qısa müddətdə geri çağırıla bilər. Qalan vəsaitlər isə səhm portfeli, daşınmaz əmlak və qızıl şəklindədir.
Belə olan halda bütün aktivlərin ölkəyə gətirilməsi mümkündürmü?

Məsələ ilə bağlı münasibətini açıqlayan iqtisadçı-ekspert Rövşən Ağayev Femida.az-a açıqlamasında deyib ki, bu il Dövlət Neft Fondunun büdcəsində təxminən 1,5 milyard ABŞ dolları məbləğində kəsirin yarandığı müəyyən olunub:

“Həmin kəsirlərin mənbəyi DNF-nun xaricdəki aktivləridir. Hökumət də kəsirləri həmin aktivlərin hesabına bağlamağı nəzərdə tutmuşdu. Bu ilin əvvəlində ölkədə neftin gəlirləri və dövlət büdcəsi 90 ABŞ dolları məbləğində müəyyənləşsə də, 4 ay ərzində gələn gəlirlər xeyli aşağı olub. Ancaq gözlənilir ki, fondun gəlirləri tam icra olunmasın. Belə olan halda, daha çox kəsirin yaranma ehtimalı var.”

Onun sözlərinə görə, belə vəziyyətdə DNF-nun aktivlərindən istifadə olunması real görünmür: “Bu məsələ isə hələlik sual altındadır, çünki rəsmi Bakının verəcəyi siyasi qərardan asılıdır. Büdcə qanunverciliyə görə, hökumət may ayının 15-nə qədər büdcəni dəyişmək hüququna malikdir.”

Ekspert qeyd edib ki, fondun gəlirləri ixtisar olunduğuna görə, bəzi xərclər də ixtisar edilib: “Bu vəsaitlərin Azərbaycana gətiriləcəyi ilə bağlı yayılan məlumatlar elə də ciddi və böyük sensasiya yaradacaq məlumat deyil. Ona görə ki, hökumətin belə bir addım atacağı əvvəlcədən bəlli idi.”

Rövşən
Femida.az

Açar sözlər:

Oxunub: 1299