Fazil Say bəraət aldı


19:09     07 Sentyabr 2016 1366101931895.cached.jpg

Dünya səviyyəli pianist Fazil Say xalqın müəyyən kəsiminin dini inanclarına toxunduğu iddiası ilə cəlb olunduğu məhkəmə işindən bəraət alıb.

Bu barədə Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Fazil Say sosial media üzərindən paylaşım edərək prosesin 4 ay davam etdiyini və yerli məhkəmənin verdiyi 10 aylıq həbs cəzasının Ali Məhkəmə tərəfindən ləğv olunduğunu izləyicilərinin diqqətinə çatdırdı.

“4 ay sonra bəraət aldım. Vəkilim Məltəm Akyolu təbrik edirəm. Ciddi mübarizə apardıq. 10 aylıq həbs cəzası Ali Məhkəmə tərəfindən ləğv olundu”, - deyə o məlumat verib.

Xatırladaq ki, Fazil Sayın Ömər Xəyyam aid olduğu deyilən rübainin yazıldığı tvitləri yenidən paylaşması cəmiyyətdə birmənalı qarşılanmamışdı. Bu paylaşımına görə Fazil Saya xalqın dini inanclarına toxunmaq maddəsi ilə cinayət işi açılmışdı. Yerli məhkəmə ona 10 aylıq həbs cəzası versə də, sonradan Ali Məhkəmə fikir və söz azadlığını əsas tutaraq bu qərarı ləğv etdi.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1693