Uşağı ölümdən xilas edən həkim mükafatlandırıldı

Uşağı ölümdən xilas edən həkim mükafatlandırıldı


20:29     07 Sentyabr 2016 hekim4.jpg

Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində bir ailənin 4 ildən sonra doğulmuş yeganə övladı olan 4 yaşlı Cavidin həyatını xilas etmiş Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Çiçək Cahangirova bu gün mükafatlandırılıb.


Femida.az xəbər verir ki, iclasda həkim Ç.Cahangirova bu ilin 25 avqust tarixində hündürmərtəbəli binanın yanından keçərkən balaca bir uşağın yuxarı mərtəbələrdən birinin balkonundan aşağı sallandığını görüb.

Qısa bir an içərisində həkim uşağın təxmini düşəcəyi yeri aydınlaşdıraraq ora atılıb. Elə bu zaman sürətlə aşağı enən uşaq 4-cü mərtəbədəki asqı ipindən yapışaraq bir qədər ləngiyib və sonra yenidən aşağıda duran həkimin qucağına düşüb.

Ç.Cahangirova 4 ildir Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çağırışçı həkim kimi fəaliyyət göstərir.
İşlədiyi kollektivdə və xidmət göstərdiyi insanlar arasında adı hörmətlə çəkilir, öz peşəsinin sevir, xidmət mədəniyyəti ilə fərqlənir.

Tədbirdə çıxış edən Ç.Cahangirova tibbi yardım göstərdiyi xəstələrin vəziyyətinin yaxşılaşmasına görə həmişə sevindiyini, lakin balaca Cavidin xilasına görə isə özünü xoşbəxt hiss etdiyini etiraf etdi.

Balaca Cavidin ailəsinin sevincinin həddi–hüdudu yoxdur, onlar xilaskar Çiçək həkimi artıq ailənin bir üzvü hesab edirlər. Sumqayıt Şəhər İcra Hakimiyyəti və Səhiyyə Şöbəsi tərəfindən bu nəcib və cəsur hərəkətinə görə həkim Ç.Cahangirovaya minnətdarlıq bildirilib.

Açar sözlər:

Oxunub: 816