“Sırğa taxan oğlanlar geydir” – Hafiz Hacıyev


14:02     08 Sentyabr 2016 IMG_66123.JPG

“Onlar özlərinə oğlan axtarmaq üçün bu yola əl atırlar”.


Bu sözləri Femida.az-a açıqlamasında Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri Milli Şuranın 11 sentyabr tarixində təşkil edəcəyi mitinqə toxunaraq bildirdi ki, Əli Kərimlinin rəhbərlik etdiyi mitinqdə 100 nəfərdən artıq adam iştirak etməz:

“Azərbaycanda sərbəst toplaşmaq azadlığı var. Əli Kərimli, Cəmil Həsənli kimiləri də konstitusiyamızın verdiyi bu hüquqdan həmişə sui-istifadə etməyə çalışıblar. Milli Şuranın referendumqabağı təşkil etdiyi mitinqə 100 nəfər gələ bilər. Həmin mitinqə kimlər gəlir, məlum məsələdir. Çox güman ki, mitinqə sırğalı, şortikli oğlanlar çıxacaq. Azərbaycan xalqının isə mövqeyi bəllidir. Əgər 100 nəfər Kərimov Əlini dəstəkləyirsə, 9 milyondan çox insan haqqın, ədalətin yanında olacaq”.

Hafiz Hacıyev sırğa taxan kişilərə münasibətinin mənfi olduğunu da qeyd etdi:

“Kişi sırğa taxmaz. Onlar özlərinə oğlan cəlb etmək üçün bu yola əl atırlar. Hesab edirəm ki, sırğa taxan oğlanlar geydir. Azərbaycanda belələri çoxdur. Onlar cinsi azlığa məxsus insanlardır. Xaricdə də qulağına sırğa taxan oğlanları hamısı “mavi”lərdir”.

Açar sözlər:

Oxunub: 10212


Oxşar xəbərlər