Bu yazıdan sonra ət yeməyəcəksiniz – ƏT BAZARINDAN REPORTAJ


15:59     08 İyul 2015 ateti%20skdf.jpg


Gündəlik qidalarımızın əsas tərkib hissəsindən biri də ət və ət məhsullarıdır. Bu səbəbdən də onların keyfiyyəti və mənşəyi önəmli məsələdir.

Femida.az bu gün ət bazarında mövcud vəziyyətlə tanış olmaq məqsədilə paytaxtda bir neçə ət kəsimi və satışı məntəqələrində olub. Bazarlarda hər gün əhaliyə tonlarla ət satılır.

İlk olaraq başlayaq hamımızın gündəlik rasionumuza daxil etdiyimiz ət haradan əldə olunur və necə kəsilir?



Müşahidə üçün ət mağazalarına yaxınlaşıram.Təbii olaraq, onlara özümü sadəcə müştəri kimi təqdim etdim. Ondan ətin haradan alındığını soruşuram. Satıcının sözlərinə görə, əti hər gün təzə ət kəsimi məntəqələrindən alırlar. Qalıq ət iki gün satışda saxlanılır. Daha sonra isə farş şəkilində satılır. Bu yerdə isə həm farş çəkən maşınlar, həm də satıcılar əllərini soyuq su ilə və sabunsuz, antisanitar şəraitdə yuyurlar. Bu isə hər hansı xəstəliyə yoluxmanın ilkin mənbəyi olmasına şərait yaradır.




Bəs gündəlik istifadə etdiyimiz ət və ət məhsullarının satışına nəzarət necə olmalıdır?

Araşdırmalar zamanı məlum oldu ki, paytaxtda satılan hər kiloqram ət və ət məhsulu Kənd Təsərrüfatı Nazirliyi yanında Respublika Baytarlıq Xidməti tərəfindən yoxlanıldıqdan sonra satışa çıxarılmaldır. Ölkədə ət satışının sanitar-gigienik normalarına isə Gigiyena və Epidemialogiya Mərkəzi nəzarət edir. Gigiyena və

Epidemiaalogiya Mərkəzinin rəsmisi İmran Abdullayev :

“Bu sahədə yoxlamanın keçirilməsi qanunla tənzimlənir.Yalnız plan üzrə yoxlamalar olur. Qalan hallarda vətəndaşlardan, KİV-dən və digər müraciətlər əsasında yoxlama aparmaq olur. Bizim xüsusi yoxlama aparmağımıza qanun yol vermir. Bu gün ət bazarında böyük problemlər yaşanır. Ən əsas məsələ ət sallaqxanalarının açılmasıdır. Bu gün bir neçə ərazidə belə sallaqxanalar olsa da, bu yetərli sayda deyil. Bu sahədə konkret qanunun olmaması bizim işimizi çətinləşdirir. Bir dəfə həkimlər yoxlamaya gedərkən üstlərinə bıçaq çəkmişdilər. Belə hadisələr də baş verir. Digər məsələ ət soyuduculu maşınlarda daşınmalıdır. Amma hazırda buna əməl edən yoxdur. Mənim fikrimcə, bu kimi halların qarşısını almaq üçün tətbiq olunan tədbirlər bir az daha sərtləşdirilməlidir. Cərimələrin miqdarı artırılmalıdır.”




Satıcıların sözlərinə görə, ət bazara daxil olmazdan öncə həkim nəzarətdindən keçir. Həkim icazəsindən sonra ətin bazarda satışına başlanılır. Müşahidəmiz zamanı məlum oldu ki, satışda olan ətlərin üzərində heç də xüsusi möhür-ştamp yoxdur. Bu möhürlər çox vaxt formal xarakter daşıyır.Yəni heç bir yoxlama olmadan ətlərin üzərinə həkimlər tərəfindən möhür vurulur. Bunu həm satıcılar, həm də rəsmi tərəf də təsdiq etdi.


Satışda mənşəyi bilinməyən ətlər var...




Yediyimiz ətin mənşəyi ilə də maraqlandıq. Məlum oldu ki, biz hələ də özümüzü tam şəkildə yerli istehsalla təmin edə bilmirik. Elə bu səbəbdən də Rusiyadan Hindistandan ət alırıq. Statistikaya əsasən , ət istehlakı təxminən 250-260 min tondur. Bundan əlavə 10 min ton ət isə idxal olunur. Azərbaycana 300 min baş diri heyvanlar gətirilir ki, bununda 95%-i kəsimə gedir. Səhiyyə təşkilatı tərəfindən müəyyən edilir ki, adambaşına düşən ətin çəkisi 84 kiloqramdır. Amma Azərbaycanda bunu yalnız 30%-i adambaşına ödənilə bilinir.

Xüsusi bir məqam da diqqətimizi cəlb etdi.Bu da qiymət artımı idi.Bu gün bazarlarda 1 kq dana ətinin qiyməti 8-9 AZN, qoyun ətinin kiloqramı 10-11 AZN arasında dəyişir. Satıcılar bunu bölgələrdə qiymətin bahalaşması ilə əlaqəli olduğunu deyir.



Ölmüş heyvanlar ət mağazalarına verilir...

Bəs əhali nə fikirdədi? Bu məqsədlə bir neçə nəfərə ətin keyfiyyətindən nə dərəcədə razısız? Sualı ilə müraciət etdik.

Şəhər sakini Gülbəniz xanım: " Ətin keyfiyyəti hərdən yaxşı olur, hərdən də pis. Bir dəfə əti aldıq, gətirdik, doğradıq tökdük qazana. Su qaynadıqca ət də ağırlaşdı, əvvəl gömgöy oldu, sonra qapqara qaraldı. Evi iy basdı, eləcə götürüb tökdük zibil yeşiyinə. Artıq qorxuruq tanımadığımız adamdan ət almağa".

Şəhər sakini Lamiyə xanım: “ Əvvəllər əti rayondan gətirirdilər. Son vaxtlar özümüz alırıq. Amma düzü etibar etmirəm.Bir dəfə özümüz gördü ki, ölmüş heyvanı gecə ilə gətirib, başını kəsib, doğrayıb satışa qoydular. Ona görə bunlara xüsusi nəzarət olmalıdır.”

Müşahidələrimiz nəticəsində belə qənaətə gəldi ki, bu gün istifadə etdiyimiz ət və ət məhsullarının heç də hamısının mənşəyi məlum deyil. Buna görə də, ət alarkən diqqətli olmağınız məsləhətdir.








Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 2377