Paralimpiya Oyunlarında ilk medalı qazandıq


13:22     09 Sentyabr 2016 14733461482063064624_1000x669.jpg

Azərbaycan cüdoçusu Bayram Mustafayev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında ilk medalı ölkəmizə qazandırıb.



Femida.az-ın məlumatına görə, 66 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz yarımfinalda yaponiyalı rəqibi Satoşi Fujimotoya qalib gəlib.

Qızıl medal uğrunda görüşdə cüdoçumuzun rəqibi Özbəkistan idmançısı Utkirjon Nigmatov olub. Bayram Mustafayev bu görüşdə məğlub olub və gümüş medal qazanıb.

Açar sözlər:

Oxunub: 1499