Rüşvət verməyən qadın yandırıldı


16:33     08 İyul 2015 14875.jpg

Hindistanın Uttar Pradeş əyalətində Niitu Dvivadi adlı qadın polisə 100 min rupilik rüşvət verməyi rədd etdikdə polis onu yandıraraq öldürüb.


Femida.az xarici mətbuata istinadən xəbər verir ki, polis şöbəsinə, həbs edilən həyat yoldaşını həbsdən çıxarmaq üçün idarəyə gedən qadının bədəninin 80%-nin yandığı bildirilir. Qadının ölmündən öncə təhqirlərə və təzyiqlərə məruz qaldığı da deyilir.

Qeyd edək ki, Jaqendra Sinqh adlı bir jurnalist də bir ay bundan əvvəl polis tərəfindən yandırılıb.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1166