Dünya müharibəsi dövründə gizlədilən qızıllar tapılıb

17:30     10 Sentyabr 2016 14734918485355724524_1000x669.jpg

İkinci Dünya müharibəsi dövründə gizlədilən, ümumi dəyəri 65 min ABŞ dolları olan qızıl sikkələr tapılıb.


Femida.az “Novate” saytına istinadla xəbər verir ki, ağacın altından tapılan qızılların üzərində Almaniyanın mərkəzi bankı tərəfindən vurulmuş “Reyxsbank Berlin 224” möhürü aydın görünür. Güman edilir ki, bu qızıl pullar 1831-1910-cu illərdə Belçika, İtaliya, Avstriya-Macarıstan və Fransanın pul vahidi olub.

Ekspertlər hesab edirlər ki, bankın qızıl ehtiyatı olan pullar oğurlanıb.

Açar sözlər:

Oxunub: 2846