Sudanda ağır qəza, 27 nəfər öldü


03:11     11 Sentyabr 2016 avtobus_.jpg

Sudanda iki avtobusun toqquşması nəticəsində 27 nəfər ölüb, 40 nəfərdən çox sərnişin xəsarət alıb.


Bu barədə məlumatı "Аs-Sayha" qəzeti xəbər yayıb. Məlumata görə, hadisə ölkənin qərbində, paytaxt Xartum şəhəri ilə Əl-Faşer şəhərləri arasındakı magistral yolda baş verib. Hadisəyə səbəb avtobus sürücülərindən birinin digər nəqliyyat vasitəsinin yoluna çıxması olub.

Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. Həkimlər ölənlərin sayının artacağını istisna etmirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 838