12 tona yaxın çətənə kolu məhv edilib


19:58     08 İyul 2015 4eff097a467b952de7f4bc0d7ea03c42.jpg

Bir neçə rayonda yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Gədəbəy RPŞ əməkdaşları tərəfindən şəhər ərazisində çəkisi 620 kiloqram olan 554 ədəd, Zaqatala RPŞ əməkdaşları tərəfindən Yengiyan kəndi ərazisində çəkisi 8 ton 625 kiloqram olan 5750 ədəd, Ağdaş RPŞ əməkdaşları tərəfindən Mürsəl kəndi ərazisində çəkisi 2 ton 370 kiloqram olan 8014 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.

Açar sözlər:

Oxunub: 927