Rus bölməsi abituriyentlərinin nəticələri açıqlanıb


22:46     08 İyul 2015 main11.jpg

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 7-də Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün keçirilən «Azərbaycan dili» fənnindən imtahan nəticələrini açıqlayıb.


TQDK-nın mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, imtahan nəticələri iyulun 8-də saat 16:00-dan etibarən Komissiyanın internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1782 abituriyentdən 783 nəfəri imtahana gəlməyib. 1 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda iştirak etmiş 998 abituriyentdən 494 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək «məqbul» qiymət alıb.

«Azərbaycan dili» fənnindən məqbul almayan rus bölməsinin abituriyentləri 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.

Açar sözlər:

Oxunub: 704