Təbrizdə özünü asan azərbaycanlı polis imiş - FOTO


01:34     09 İyul 2015 606744a8406d70.jpg

İranda özünü öldürən Azərbaycan vətəndaşının özünə qəsd etməsinin ilkin səbəbi məlum olub.


İlk olaraq bildirək ki, hadisə Təbrizin İmam Xiyabanında yerləşən "Cəhhənamə" otelində baş verib. Həmin oteldə qonaq olan 46 yaşlı Ədalət Həşimov özünü otağın pəncərəsindən asıb.

Femida.az xəbər verir ki, Nemət adlı şəxs Milli.Az-a yazır ki, Ə.Həşimov polis əməkdaşı olub və Təbriz şəhərinə müalicə üçün gedib. Müalicə pulu qurtaranda qardaşına zəng edərək əlavə pul istəyib. Qardaşından rədd cavabı alandan sonra özünü asıb.

"Mən özüm də həmin vaxt İranda idim. İyulun 5-i biz həkimdən otelə qayıdanda dedilər ki, yerliniz özünü asıb", - deyə oxucu yazır.

Açar sözlər:

Oxunub: 1090