“Türk axını”nın taleyi sual altındadır


01:43     09 İyul 2015 taneryildizkedi-640x360.jpg

“Türk axını” layihəsi ilə bağlı hələlik hər hansı bir nəticə əldə olunmayıb.


Bu sözləri Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib. Nazir, iyunun 13-də Bakıda keçirilən görüşdə “Türk axını” layihəsi ilə bağlı bəzi qərarların alındığını və müzakirələrin davam etdiyini bildirib.

"Hələlik layihədə hər hansı bir nəticə əldə olunmayıb və bəzi məqamlar tamamilə aradan qaldırılmayıb, amma biz buna ümidliyik", - deyə Taner Yıldız vurğulayıb.

Nazir Rusiyanın Bolqarıstan sərhəddindən 265 kilometr uzunluğunda Türkiyənin Trakya bölgəsinədək uzanacaq boru xəttinin koordinatlarını verdiyini deyib.

“Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Bu həcmin 47 milyard kubmetri Avropanın, 16 milyard kubmetri isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə olunacaq. Layihə üzrə ilk qaz nəqlinin 2016-ci ilin dekabrında həyata keçirilməsi planlaşdırılır.

Açar sözlər:

Oxunub: 762