Məktəbəqədər hazırlıq qruplarına qəbulda - Yenilik


20:17     15 Sentyabr 2016 usaq%20(1).jpg

Bakı şəhərinin ümumtəhsil məktəblərində məktəbəqədər hazırlıq qruplarına qəbul elektron qaydada aparılacaq.


Femida.az xəbər verir ki, bu barədə valideynlərə paytaxtın ümumtəhsil məktəblərindən məlumat verilib.

Qeyd edilib ki, məktəbəqədər hazırlıq qruplarına 5 yaşlı uşaqların qeydiyyatı üçün portal yaradılacaq və valideynlər birinci siniflərdə olduğu kimi burada da uşaqları elektron şəkildə qeydiyyatdan keçirəcəklər.

Oktyabrın 1-də artıq məktəbəqədər hazırlıq qruplarında dərslər başlayır. Bəs o zamana qədər valideynlər uşaqlarını elektron qeydiyyatdan keçirəcəklərmi?

AzVision.az məsələ ilə Bakı şəhər Təhsil İdarəsindən məlumat almağa çalışıb. İdarədən belə bir hazırlığın olduğu bildirilsə də, ətraflı məlumat verilməyib.

Açar sözlər:

Oxunub: 1526