ABŞ İrana məxfi saziş təklif edib


02:57     16 Sentyabr 2016 abs_iran.jpg

Amerikanın Yəmənlə bağlı İrana məxfi saziş təklif etdiyi və bunun da Səudiyyənin çox narahat etdiyi bildirilir.


Xəbərə görə, Amerika bu yolla yəmənlilərin Ərəbistan ərazilərinə bundan artıq girməsinin qarşısını almaq istəyir.

Xəbər yayan Əl-Əhbar qəzeti bildirir: "Səudiyyə tərəfindən bir neçə həftə ərzində darmadağın edilməsi gözlənilən Husilər və Ənsarullah hal-hazırda Səudiyyə üçün kabusa çevrilib. Vəziyyəti təhlil edən Amerika Yəmən müharibəsi barədə İrana gizli təkliflər edib.

Hazırda Ərəbistanın dərinliklərinə nüfuz edən yəmənlilər səudiyyəlilərdən əvvəl Amerikanı narahat edir və Amerika Səudiyyə Ərəbistanını nəzərə almadan Səudiyyə ilə Yəmən arasında atəşkəs sazişinin bağlanmasını təklif edib.

İran Amerikanın bu məxfi təklifinə qarşı bildirib ki, məsələni Yəmən Ali Siyasi Şurasına həvalə etib".

Femida.az

Açar sözlər:

Oxunub: 1183