“Əbülfəz Qurbanlı öz alverini qurmaq istəyir”

“Əbülfəz Qurbanlı öz alverini qurmaq istəyir”


16:47     09 İyul 2015 hafiz%20h.jpg

“Müasir Müsavat” partiyasının başqanı Hafiz Hacıyev AXCP sədrinin müavini Əbülfəz Qurbanlının istefası ilə bağlı bəzi qaranlıq qalan məqamlara aydınlıq gətirib.


Məlum olduğu kimi, AXCP sədrinin müavini şəxsi facebook hesabı vasitəsilə AXCP üzvülüyündən istefa etdiyini açıqlamışdı.

Femida.az AXCP daxilində baş vermiş şok istefa ilə bağlı təfərrüatları oyrənmək üçün “Müasir Müsavat” partiyasının başqanı Hafiz Hacıyev ilə əlaqə saxladı. Hafiz Hacıyevin fikrincə, Əbülfəz Qurbanlının istefasının əsas səbəbi xaricdən gələn maliyyənin bölüşdürülməsində yaranan problemlər olub:

“Məlumdur ki, Kərimov Əlinin xaricdən aldığı pullar uğrunda ciddi mübarizə gedir. Son əldə etdiyimiz məlumatlara görə, Kərimov Əlinin xaricdən aldığı pulların bölgüsündə ciddi fikir ayrılığı yaranıb. Belə ki, Kərimov Əli və Həsənov Cəmil Avropadan gələn maliyyəni təkbaşına mənimsəyirlər. Əbülfəz Qurbanlı da özünün paylaşdığı yazıda sətiraltı məna ilə ona mane olduqlarını, əngəl törətdiklərini bildirmişdi. Kərimov Əli və ətrafındakılar ölkədə çaxnaşma yaratmaq, dövlətimizi parçalamaq üçün erməni diaspora təşkilatlarından aldıqları külli miqdarda maliyyə yardımını təkbaşına mənimsəyirlər. Kərimov Əli də Həsənov Cəmillə bərabər Çində, Avropada, eyni zamanda Azərbaycanda böyük marketlər şəbəkəsi qurublar. Cüzi araşdırma aparsanız, bunu aydın şəkildə görərsiniz. Kərimov Əlinin müavinləri də etiraz edirlər ki, əgər Avropadan külli miqdarda maliyyə gəlirsə, biz niyə bu vəziyyətdə yaşayaq, Kərimov Əli nəyə görə ölkəyə axan pulları təkbaşına mənimsəyir. Nəyə görə Kərimov Əlinin böyük biznesi var, amma bizim olmur. Əbülfəz Qurbanlı da bütün bunları nəzərə alaraq öz şəxsi “biznes”-ini qurmaq üçün Kərimov Əlidən ayrıldı. Düşünürəm ki o da öz “alverini” təkbaşına qurmaq üçün Kərimov Əlinin ətrafından uzaqlaşdı.

“İstefaların ardı gələcək” – deyən Hafiz Hacıyev aşağıdakı fikirləri vurğuladı:

“Yaxın vaxtlarda yeni istefaların şahidi olacaqsınız. Partiyada Kərimov Əli təkbaşına qalacaq. Mən təklif edərdim ki, Kərimov Əli ilə Həsənov Cəmil evlənsin. Madam ki, ABŞ-da qəbul olunan eynicinsli nikahla bağlı qərarı dəstəkləyir, Həsənov Cəmil Kərimov Əli ilə evlənsin. Bu çox ədalətli bir addım olardı. Düşünürəm ki, yaxın günlərdə Əli Kərimlinin ətrafında Cəmil Həsənli və Gözəl Bayramlıdan başqa heç kəs qalmayacaq. “

Femida.az

Açar sözlər:

Oxunub: 1721


Oxşar xəbərlər