Övladlığa uşaq götürənlərin nəzərinə


16:18     09 İyul 2015 385774.jpg


Femida.az vətəndaşlara hüquqi yardım mövzusunda layihəsini davam etdirir. Oxucuların göndərdiyi suala cavab tapmaq məqsədi ilə hüquqşünaslara müraciət etdik.

Sual : Övladlığa götürülən uşağı həmin şəxs yenidən övladlığa verə bilərlərmi?

Hüquqşünas Erkin Məmmədov:

“ Belə bir ərizə verilsə hesab edirəm ki, bu tələb əsasında icra hakimiyyətinin iddiası ilə ilkin övladlığa götürülmə ləğv edilməlidir. Uşağın ailədən ailəyə keçməyi onun psixoloji durumunu pisləşdirə bilər. Həm də, belə ərizə verməklə üzərinə götürdüyü vəzifələrin, o cümlədən valideynlik vəzifələrinin öhdəsindən gəlmədiyini sübut edir.”


Hüquqşünas Rauf Əmiraslanov:

“Ailə Məcəlləsinin-122.1. – ci maddəsində qeyd olunur ki, valideynləri olan uşaq bu Məcəllənin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Mənim fikrimcə övladlığa götürənin valideyn statusu olmadığına görə övladlığa götürdüyü uşağı yenidən övladlığa verə bilməzlər. Çünki ailə məcəlləsinə əsasən övladlığa götürmə müəyyən istisnalar olmaqla birbaşa valideynin razılığı ilə mümkündür.”


P.S. Sizi də maraqlandıran hər hansı sual varsa, saytımızda yer alan
“online hüquqi yardım” bölməsinə və Femida.az facebook səhifəsinə ünvanlaya bilərsiniz.
Layihəyə dəstəyə görə “Hüquqşünaslar qrupu”-na təşəkkür edirik.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1350