Başıaçıq qadınların üzünü turşuyla yandırırlar


18:32     09 İyul 2015 11713437_845551205522015_285771564_n.jpg

Hicab taxmaq məsələsi İranda mühüm ictimai müzakirə mövzusu olaraq qalır.


Sosial şəbəkələrdə baş örtüyünü açaraq şəkil çəkdirən qadın “Bacılar, hicaba riayət edin” yazaraq internetdə paylaşıb. Başqa bir qırmızı saçlı və günəş gözlükləri taxan qadın isə xarabalıqlar önündə şəklini paylaşır və belə yazır: “Bir neçə saniyə sürən azadlıq”. Facebook sosial şəbəkəsində isə “Mənim gizli azadlığım” adlı qrupda isə hər kəs baş örtüyü olmayan fotoşəklini yerləşdir.

Bu cür ifadələri və şəkilləri onlarla İranlı qadın sosial şəbəkə səhifəsində görmək olar.
Ümumiyyətlə İrandakı islam qanunlarına görə, qadının başı, saçları, boynu bağlı olmalıdır.İranda hicab və ya baş örtüsü 1979-cu ildən bəri məcburidir. Üstəlik, əxlaq polisi vaxtaşırı olaraq qadınların geyiminə nəzarət edir.

Bu ilin əvvəlində isə İran yeni hicab qanunu layihəsini rədd edib. Qanun layihəsi işçilərin hicab geyinməsinə görə məsuliyyəti həm də şirkət sahiblərinin üzərinə qoyur və işçiləri buna riayət etməyən şirkətlərə cərimə nəzərdə tuturdu.

Hicab və ya baş örtüyü taxmayan qadınların vəziyyəti isə acınacaqlı olur. Femida.az xəbər verir ki, təkcə ötən ilin ilk 6 ayı ərzinə hicaba tam riayət etmədiyinə görə İranda qadınların üzünə və avtomobillərə 380 dəfə kimyəvi turşu səpilməsi hadisəsi qeydə alınıb. Bu statistikanı İran Hüquq Mühafizə Qüvvələrinin komandanı İsmayıl Əhmədi Müqəddəm açıqlayıb. İranın bəzi iri şəhərlərində, xüsusən İsfahanda hicaba tam riayət etməyən xanımların üzünə kimyəvi turşu səpilməsi halları daha çox olub. Maraqlısı odur ki, qadınların üzünə kimyəvi turşu səpənlərdən hələ heç kəsin tutulmayıb.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 2035


Oxşar xəbərlər