Həkim su hovuzunda boğuldu - Azərbaycanda


19:43     09 İyul 2015 batmanda_havuza_giren_cocuk_boguldu_h90908.jpg

Göyçayda həkim su hovuzuna düşərək boğulub.


Hadisə gecə saatlarında baş verib. Göyçay şəhər sakini 1961-ci il təvəllüdlü Mehman Məmmədov xəstəxananın həyətindəki su hovuzunda boğularaq ölüb. Rayon Mərkəzi Xəstəxanasında və Bioloji Təbabət Klinikasının Göyçay filialında həkim rentgenoloq işləyən M.Məmmədovun meyiti bu gün səhər saatlarında sudan çıxarılıb. Hazırda meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsində müayinə edilir. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.

Polis və prokurorluğun əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1028