Ələkbər Kazımovski dünyasını dəyişdi


01:00     20 Sentyabr 2016 ləkbər_Kazımovski.png

Rejissor Ələkbər Kazımovski dünyasını dəyişib.


Bu barədə Femida.az-a Musiqili Teatrdan məlumat verilib. Teatrdan bildiriblər ki, bu gün aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbiri Bakıdakı restoranların birində keçirilib.

Məclisdə iştirak edən Ə. Kazımovskinin vəziyyəti qəfil pisləşib və rejissor dünyasını dəyişib.

Qeyd edək ki, Ə. Kazımovski “Tənha durna uçuşu”, “Sonuncu məhəbbət”, “Şirin bülbül” vəs filmlərin müəllifi idi. O, uzun illər AzTV-də çalışıb.

Ə. Kazımovski bəstəkar Rauf Kazımovskinin oğludur.

Femida.az

Açar sözlər:

Oxunub: 1979