Bakıda Əfqanıstanın müstəqillik günü qeyd edilib


01:12     20 Sentyabr 2016 efqanistan%20azerbaycan.jpg

Bu gün Bakıda Əfqanıstanın müstəqilliyinin 97-ci ildönümü münasibətilə tədbir keçirilib.


Femida.az-ın məlumatına görə, tədbirdə çıxış edən Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Taqi Xalili bildirib ki, təhlükəsizlik məsələsi hələ də Əfqanıstanın inkişafı qarşısında duran ən böyük əngəl olaraq qalır: "Dünya Bankı bəyan edir ki, Əfqanıstanda inkişafa hələ də hökm sürən üsyan və vətəndaş münaqişəsi əngəl olur. Bu maneələrin aradan qaldırılması üçün əsas yol beynəlxalq cəmiyyətin dəstəyidir".

Səfir Azərbaycan-Əfqanıstan münasibətlərindən məmnunluğunu da ifadə edib: "Azərbaycan prezidenti cənab İlham Əliyevə və Azərbaycan hökumətinə daim inkişaf etməkdə olan ikitərəfli əməkdaşlıq üçün dərin minnətdarlığımı bildirirəm. Bu əlaqələr və dostluq münasibətləri bizim müdafiə və digər təhlükəsizlik qüvvələrinə göstərilən köməkdə əks olunur. Ümumiyyətlə, Azərbaycanda və öz vətənində yaşayan əfqanlar bir sıra müəssisələrdə təlim və təhsil vasitəsilə yardım alıblar".

Sonra çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Əfqanıstanla 1994-cü ildən əsası qoyulan əməkdaşlıq bu gün yüksək səviyyədə davam etdirilir: "Bizim ölkələr müxtəlif beynəlxalq təşkilatlarda da əməkdaşlıq edərək, bir-birinə dəstək olurlar, müxtəlif mövzularda həmrəy fikir nümayiş etdirirlər. Bizi həm də mənəvi dəyərlər birləşdirir, çünki hər iki ölkədə Novruz Bayramı qeyd olunur. Biz Əfqanıstanla münasibətlərin bundan sonra da davamını və inkişafını arzulayırıq.

Femida.az

Açar sözlər:

Oxunub: 1381