Gənclər ədliyyə orqanlarına işə qəbul oldu - Foto


22:20     20 Sentyabr 2016 edliyye%20yeni%20shciler%20(4)9.JPG


Bu günlərdə 90 nəfər gənc ədliyyə orqanlarına işə qəbul olunub. Onların əksəriyyəti qulluğa qəbulla bağlı keçirilmiş builki müsabiqədən uğur qazanan hüquqşünaslar, habelə nazirliyin sərəncamına göndərilmiş ATU-nun Hərbi tibb fakültəsinin məzunlarıdır.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, yeni təyinatla əlaqədar ədliyyə naziri Fikrət Məmmədovun həmin gənclərlə görüşü keçirilib. Gənc əməkdaşlar əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra tədbir nazirlikdə davam etdirilərək, əbədiyaşar liderin büstü önünə tər çiçəklər qoyulub.

Ədliyyə naziri görüşdə çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin edildiyini qeyd edib, ədliyyə və məhkəmə sisteminin inkişafı və müasirləşdirilməsi üzrə görülən işlərdən ətraflı danışıb.

Həmçinin, dövlətimizin gənclərin hərtərəfli inkişafına yüksək qayğısından bəhs olunub, yeni nəsil kadrların şəffaflıq əsasında ədliyyə orqanlarına qulluğa qəbulu, builki müsabiqənin mütəşəkkilliyi və gənclərin daha geniş iştirakı qeyd edilib, gənc ədliyyə işçilərinin potensialından səmərəli istifadə olunması, peşəkar dövlət qulluqçusu kimi formalaşmaları diqqətə çatdırılıb.

Eyni zamanda, ölkə başçısının təşəbbüsü ilə yaradılaraq Azərbaycanın brendinə çevrilmiş "ASAN xidmət" mərkəzlərində çalışan gənclərin və könüllülərin yüksək vətəndaş məmnunluğunu təmin etməklə bürokratik əngəllərə və korrupsiyaya qarşı mübarizəyə böyük töhfələr verdiyi vurğulanıb, bu qurumlarda gənc ədliyyə işçilərinin də səmərəli xidmətlər göstərdiyi qeyd edilib.

Sonda nazir hər bir ədliyyə işçisindən məsuliyyət, etik davranış qaydalarına dönmədən əməl olunması, insanlara qayğılı münasibət göstərilməsi, korrupsiyanın yolverilməzliyi kimi əsas meyarların tələb olunduğunu bildirib, gənclərə vətənpərvər və milli ruhda fəaliyyət göstərmələri, bilik və bacarıqlarını dövlətimizin inkişafı naminə səfərbər etmələri, xidməti vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyə və tapşırıqlarını verib, uğurlu fəaliyyət arzulayıb.



Çıxış edən gənclər müstəqil Azərbaycanımızın hərtərəfli tərəqqisi naminə ölkə başçısının ətrafında sıx birləşərək yorulmaz fəaliyyətində daim layiqli yardımçı olacaqlarını vurğulayıb, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.

Daha sonra təyinat almış yeni əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər, onlara xidməti vəsiqələr, aidiyyəti işçilərə, həmçinin xüsusi rütbələr verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 16894