Ailə faciəsi: Boşandığı ərini yataqda güllələdi - FOTOLAR


23:55     09 İyul 2015 11112751_10152886265936825_5603483353964494323_o5.jpg

28 yaşlı qadın boşadığı həyat yoldaşını güllələdi. Femida.az-ın verdiyi məlumata görə, hadisə saat 16.30 radələrində Türkiyənin Adana şəhərinin Yeşilyurt məhəlləsində baş verib.


Belə ki, 1987-ci il təvəllüdlü Çilem Doğan boşandıqdan sonra birlikdə yaşadığı 33 yaşlı həyat yoldaşı Hasan Karabulutu yataq otağında güllələyib. Hasan Karabuluta məxsus mənzildə qışqırıq səsini eşidən qonşuları vəziyyəti polisə bildirib. Polislər 7-ci mərtəbədəki qapısı açıq mənzilə daxil olanda kişi meyiti aşkarklayıb.

Altı güllə yarası alan Hasan Karabulut hadisə yerindəcə dünyasını dəyişib. Hadisə yerindən qaçan Çilem Doğanın tutulması üçün polis axtarışlara başlayıb.

Qeyd edək ki, 9 aylıq qızları olan cütlüyün bir müddət öncə ailədaxili problemlər səbəbi ilə ayrıldığı deyilir.

Femida.az hadisə yerindən görüntüləri təqdim edir:

Şahverdi Şirinli






Açar sözlər:

Oxunub: 2036